“Ericsson” 2017-ci ildə “5G” avadanlığının tədarükünə başlayacaq
“Ericsson” şirkəti beşinci nəsil (“5G”) mobil şəbəkəsinin işə salınması məqsədi ilə artıq gələn il aparat həllərinin tədarükünə başlamağı planlaşdırır.
“Ericsson Mobility Report” hesabatına əsasən, 2021-ci ilədək dünya əhalisinin 90 %-i “WCDMA/HSPA” texnologiyaları əsasında tikilmiş mobil genişzolaqlı şəbəkə ilə əhatə olunacaq. Hazırda dünya əhalisinin 50%-dən çoxu internetə çıxışa malik deyil və bu problem inkişaf etməkdə olan ölkələrdə daha açıq-aşkar hiss olunur.
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, proqnozlara görə, “5G” şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanılacaq və məlumatların ötürülməsi üzrə maksimum sürət 20 Qbit/s müəyyən edilib. Qiymətləndirmələrə görə, 2021-ci ilin sonunadək “5G” şəbəkəsində 150 milyon qoşulma qeydə alınacaq.
“5G” xidmətlərinin imkanlarını 2018-ci ilin fevralında Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında nümayiş etdirmək planlaşdırılır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL