Alimlər insanların əbədi yaşamasına imkan verən texnologiya yaradıblar
“Humai” şirkətində çalışan amerikalı alimlər bildiriblər ki, onlar insanların əbədi yaşamasına imkan verən texnologiya yaratmağa müvəffəq olublar.
Şirkətin məlumatına görə, sözügedən texnologiya artıq yaxın gələcəkdə bəşəriyyətin ölüm üzərində qələbə çalmasına imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “medikforum.ru” saytına istinadən yazır ki, alimlər insan beyninin yeni bədənə nəqlini təklif edirlər.
Onların fərziyyəsinə əsasən, bəşəriyyətin gələcəyi yeni bədəndən asılıdır və sonuncu insanların əbədi yaşayışını təmin edəcək.
Hazırda belə süni bədənlər hələ ki hazırlanmayıb, lakin alimlər bu məsələ ilə əlaqədar aktiv işləyirlər və yaxın illərdə ilk prototip hazırlamağı planlaşdırırlar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL