waplog

Hökumət qurumlarında istifadə üçün ən təhlükəsiz planşet yaradılıb


“BlackBerry” və “Samsung” şirkətləri Almaniya hökuməti üçün ən təhlükəsiz planşet yaradıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, "SecuTablet” adlanan layihə Almaniya Federal İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən rəsmi istifadəyə yararlı qurğu kimi təsdiq edilib. Planşet şifrlənmiş yazışmalar üçün "BlackBerry Hub” funksiyasından və qurğunun yaddaşında bütün informasiyanı mühafizə edən “SecuSmart” kart şifrlənməsindən istifadə edir. “BlackBerry” şirkəti “SecuSmart” ilə birlikdə, həmçinin sertifikat idarəetmə sistemi və "VPN” servisini tətbiq edib.
 
“SecuTablet” planşetində istifadə edilən daha bir mühafizə sistemi "Samsung Knox” sistemidir. Cənubi Koreya şirkətinin nümayəndələrinin sözlərinə görə, platforma “Android” əməliyyat sisteminin təhlükəsizliyini yüksək səviyyədə təmin edir.
Qeyd edək ki, “SecuTablet” planşetinin qiyməti 2 380 dollar təşkil edir.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL