Gələcəkdə evləriniz belə olacaq (FOTOLAR)
Hər il Berlində keçirilən "IFA" sərgisində istehlak elektronikası, aksesuarlar və məişət texnikası təqdim edilir. Cari ildə Yaponiyanın "Panasonic" şirkəti sərgidə "gələcəyin evi" konsepsiyasını təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "hitech-vesti.ru" saytına istinadən yazır ki, sərgidə yaradılmış interaktiv yaşayış sahəsi ultramüasir məişət texnikası ilə təchiz edilib. Şirkətin nümayəndəsi əmindir ki, artıq 3-5 il sonra bəzi ölkələrdə belə həllər istehlakçılara əlçatan ola bilər.
"Gələcəyin evi" konsepsiyasının texnologiyaları ilə bütün lazımi informasiyanı əks etdirən, eyni zamanda şəffaf olan sensor ekranların köməyi ilə qarşılıqlı əlaqədə olmaq mümkündür. Məsələn, qonaq otağında şkafa quraşdırılmış televizor sönülü olduqda şəffaf görsənir və bu zaman güman etmək olmaz ki, bu televizordur.
"Gələcəyin evi"ndə olan bütün texnika sahibinin arzularını öncədən bilmək və müvafiq variantlar təklif etmək üçün tənzimlənib.
Yaxud induksiya pilətəsinə malik "ağıllı" mətbəxi nümunə göstərmək olar. Reseptin parametrlərinə əsasən, pilətə özü yeməyin hazırlanma temperaturunu və vaxtını müəyyən edir, hazırlanma prosesinə nəzarət edir.
Eyni zamanda "ağıllı" soyuducu evdə bütün lazımi inqrediyentlərin mövcud olmasını yoxlayır.
Bu sistemin kommersiya uğuru qazanması üçün onun idarəetməsini sadə etmək lazımdır. Gələcəyin "ağıllı" evində ev serveri vasitəsilə "bulud" sisteminə qoşulmuş vahid idarəetmə mərkəzi nəzərdə tutulub. Sözügedən idarəetmə mərkəzi yalnız texnikanı idarə etmir, həm də informasiyanı əks etdirir. Həmçinin smartfonların köməyi ilə texnikanı məsafədən söndürüb yandırmaq mümkündür.
"Panasonic" şirkəti sərgidə, hələ ki, konsept layihə olan "Laundroid" layihəsini nümayiş etdirib.
Sözügedən layihə "ağıllı evə" qoşulmuş, geyimi çeşidləyən və qatlayan robot şəklindədir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL