waplog

“AMD” şirkəti “AMD Products Group” bölməsinə yeni rəhbər axtarır


“Advanced Micro Devices” şirkəti bildirib ki, “AMD Product Group” bölməsinin baş vitse-prezidenti və baş meneceri Rik Berqman şirkəti tərk edib. Onun harda işləyəcəyi haqda hələ məlumat verilmir.

Berqmanı başqası əvəz edənə qədər onun vəzifələrini yaxın vaxtlarda “Lenovo”dan AMD-yə transfer olmuş və şirkətin əsas icraçı direktoru təyin edilmiş Rori Rid öz üzərinə götürəcək.

Berqmanın ən böyük xidməti ondan ibarətdir ki, onun rəhbərliyi altında “AMD” şirkəti qrafik biznesdə möhkəmlənə bilib. Həmçinin, onun fəaliyyəti zamanı “Fusion” çipləri çıxarılıb.

Eyni zamanda, “AMD Product Group” bölməsinin keçmiş rəhbəri bəzi problemlərlə də rastlaşıb. Belə ki, “Llano” çiplərinin çıxışının ləngiməsi və bir neçə menecer və mühəndisin gedişi bu problemlərə daxildir.

Şirkət Berqmanın gediş səbəbləri haqqında daha heç bir şərh vermir. “AMD Product Group”-un keçmiş rəhbəri, həmçinin özü bu addımını izah etməyib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL