waplog

İnsanlar videozənglərə deyil, şəxsi görüşlərə üstünlük verir


Böyük Britaniyada yerləşən Linkoln Universiteti tərəfindən keçirilmiş araşdırmanın nəticəsinə əsasən, indi videozənglərin çox populyar olmasına baxmayaraq, şəxsi görüşlər hələ də mühüm əhəmiyyət kəsb edir. Videozənglərin insanlar arasında məsafə problemini aradan qaldırmasına, həmçinin vaxt və pula qənaət etməsinə baxmayaraq, şəxsi görüş vacib məlumatın ötürülməsi və ya sazişin bağlanması kimi məsələlərdə daha yaxşı üsuldur.

“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, şəxsi görüş ona görə faydalıdır ki, həm tanış olmaq, həm də daha sonra internetdə ünsiyyəti davam etdirmək imkanı qazanırsınız. Bundan başqa, şəxsi görüşlər uzunmüddətli perspektivdə daha effektiv iş görməyə imkan verəcək.
 
Şəxsi görüşlər insanların bir-biri ilə daha yaxşı əlaqə qurmasını təmin edir. Buna görə, müasir dövrdə texnoloji nailiyyətlərə baxmayaraq, şəxsi ünsiyyət haqda unutmaq lazım deyil.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL