waplog

Hər üç nəfərdən biri internetin hava, su və qida kimi vacib olduğunu hesab edir


“Cisco” kompaniyası insanların həyatında internetin rolu mövzusunda keçirdiyi beynəlxalq araşdırmanın nəticələrini ictimaiyyətə açıqlayıb. Araşdırma “Cisco”nun sifarişi ilə “İnsight Express” şirkəti tərəfindən həyata keçirilib.

Mütəxəssislər tərəfindən 14 ölkədə (Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İspaniya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, ABŞ, Fransa və Yaponiya) 30 yaşa qədər 2800 nəfər kollec tələbəsi və gənc əməkdaş arasında sorğu aparılıb.

Sorğunun nəticələrinə görə, iştirakçılar arasında hər 3 nəfərdən 1-i internetin həyatında hava, su və qida kimi vacib olduğunu hesab edir.

64% tələbə avtomobil və internet arasında seçim etdiyi təqdirdə, internetə üstünlük verdiyini bildirib. Sorğuda iştirak edənlərin 40%-i üçün isə beynəlxalq şəbəkə dostları ilə görüşməkdən və musiqi marağından daha vacibdir.

Araşdırmaya görə, 91% tələbənin və 88% gənc mütəxəssisin “Facebook” şəbəkəsində səhifəsi var. Bunlardan 81% tələbə və 73% əməkdaş “Facebook” səhifəsini gün ərzində 1 dəfə, hər 3 nəfərdən 1-i isə ən azı 5 dəfə yoxlayır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL