waplog

Sosial şəbəkələrin köməyi ilə qayğı və diqqət çatışmazlığını necə aradan qaldırmaq olar?


Müasir dövrdə texnologiyalar həyatımızın bir hissəsinə çevrilib və  böyük əhəmiyyət kəsb edir. Karneqi Mellon Universiteti tərəfindən keçirilmiş araşdırmaya əsasən, sosial şəbəkələrdə ünsiyyət insanın psixoloji durumuna nikaha daxilolma və ya uşağın doğuşundan heç də az təsir göstərmir.

“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, insanların profillərindəki müxtəlif mətnlərin oxunulması, həmçinin şəkillərin bəyənilməsi əhval-ruhiyyəyə əsaslı  təsir göstərməsə də, fikrinə hörmət etdiyiniz dostunuz sizə həsr edilmiş mətn paylaşıb, yaxud şəklinizə şərh yazanda əhval-ruhiyyə yüksəlir.
 
Şərh bir cümlədən ibarət ola bilər, əsas məqam bu şərhin məhz dostunuz tərəfindən yazılmasıdır.
 
Beləliklə, sosial şəbəkələrin köməyi ilə qayğı və diqqət çatışmazlığını tamamilə aradan qaldırmaq mümkündür.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL