İngilis inəklərinə görə “Vodafone” abunəçiləri mobil əlaqəsiz qalıblar
“Vodafone” mobil operatorunun İngiltərənin şimalında yaşayan abunəçiləri 1 həftədən çox müddət ərzində ona görə mobil əlaqəsiz qalıblar ki, inəklər mobil dirəyi qırıblar, “News & Star” xəbər verib.
Hadisə Kambriya qraflığında Kokermut şəhərinin yaxınlığında olub. Heyvanlar mobil qülləni qoruyan hasarı yıxıblar və bir neçə kabeli gəmiriblər. Nəticədə ətraf şəhər və kəndlərdə “Vodafone” mobil rabitəsi bir həftədən çox müddət ərzində işləməyib.
“Vodafone” nümayəndələri bu hadisədə günahı “British Telecom” telekommunikasiya şirkətinin üzərinə yıxıblar, belə ki, onlar kabeli çəkiblər.
“British Telecom” isə öz növbəsində, qeyd edib ki, qüllənin ətrafında hasar təmir edilmədiyi üçün təmirə başlaya bilməyiblər. Qəzanın nəticələri tamamilə aradan qaldırılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL