Sosial şəbəkələr uydurma xəbərlərlə mübarizə aparacaq
“Facebook” sosial şəbəkəsi və "Twitter” mikrobloqlar servisi özündə 30-dan çox media şirkətini birləşdirməklə məqsədi sosial şəbəkələrdə uydurma xəbərlərin yayılması ilə mübarizə və informasiyanın keyfiyyətinin yaxşılaşdırılması olan ittifaqa qoşulub.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, söhbət ötən ilin iyununda “Google” şirkətinin dəstəyi ilə istifadəyə verilən "First Draft Coalition” layihəsindən gedir. O zaman layihə müəllifləri bəyan ediblər ki, şirkətlər üçün praktiki təlimat yazacaq, sosial şəbəkə istifadəçiləri arasında media savadlılığının inkişafı ilə məşğul olacaq, eləcə də istifadəçilərin xəbərləri təsdiq və ya inkar etmələri üçün platforma işə salacaqlar.
Təşkilatın idarəedici direktoru Cenni Sarcentin sözlərinə görə, platformanın istifadəyə verilməsi oktyabrın sonuna nəzərdə tutulur. Layihədə “Facebook” və “Twitter” ilə yanaşı, “New York Times” və “Washington Post” qəzetləri, “BuzzFeed News” nəşri, “AFP” agentliyi və “CNN” telekanalı iştirak edir.
Lakin hazırda ittifaqın qarşıya qoyduğu vəzifələri necə həyata keçirmək niyyətində olması tam aydın deyil.
Qeyd edək ki, “Facebook” və “Twitter” uydurma xəbərlərin yayılmasına görə dəfələrlə tənqid olunub.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL