waplog

“SOWATCH” “ağıllı” saatı ürək-damar xəstəliklərini aşkarlayacaq


ABŞ-ın "Farasha" şirkəti ürək-damar xəstəliklərini, qan təzyiqini izləyən və idmanın növündən asılı olaraq məşqlərin effektivliyinin yaxşılaşdırılması ilə bağlı tövsiyələr verən dünyanın ilk avtonom "ağıllı" saatını təqdim edib. "SOWATCH" adlanan qurğu ilk baxışdan adi "ağıllı" saatları xatırlatsa da, geniş imkanlara malikdir.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, "SOWATCH" ürək-damar xəstəliklərini, hipertoniya, hipotermiya, yuxu pozğunluğu və s. xəstəlikləri vaxtından əvvəl aşkar edir. Ən əsası odur ki, saat smartfona qoşulmadan belə istifadəçinin yaxınlarını və ya həkimini onda müəyyən xəstəliyin aşkarlanması və ya halının pisləşməsi barədə xəbərdar edə bilir. Saat, həmçinin idmançılar üçün faydalı köməkçi kimi çıxış edir. Belə ki, məşqə başlamazdan əvvəl aksesuarın vacib parametrləri - addımların sayını, vaxtı, məsafəni, sürəti, temperaturu, qanda oksigenin səviyyəsini, qan təzyiqini, dəniz səviyyəsinin hündürlüyünü və digər göstəriciləri izləməsi üçün idman növünü seçmək mümkündür.

Tədarükünə növbəti ilin martında başlanılacaq "SOWATCH" "ağıllı" saatını "Kickstarter" saytında 99 dollara sifariş etmək olar.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL