waplog

AZAL “Samsung Galaxy Note 7” smartfonu ilə səyahət edən sərnişinlərə xəbərdarlıq edir


Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən "Azərbaycan Hava Yolları" sərnişinlərdən uçuş zamanı "Samsung Galaxy Note 7"  smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.  Bu model smartfonun, həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin yaydığı xəbərdə qeyd olunur ki, məhdudiyyətlər "Samsung Galaxy Note 7" smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə "Samsung" şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.

"Samsung Galaxy Note 7" smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL