waplog

“Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol” mövzusunda elmi-praktik konfrans keçirilib


AMEA Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyası və AR Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol” mövzusunda elmi-praktik konfrans keçirilib.

Öncə AMEA-nın elmi-tədqiqat müəssisələrinin inkişaf dinamikasını əks etdirən fundamental və tətbiqi tədqiqat sahələrinə, beynəlxalq layihələrə, əldə edilmiş mühüm nəticələrə həsr olunmuş sərgi nümayiş olunub.

Dövlət və KİV nümayəndələrinin də iştirak etdiyi tədbirdə digər elmi-tədqiqat institutları ilə yanaşı, AMEA İnformasiya Texnologiyaları İnstitutunun da fundamental xarakterli elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən stendi nümayiş olunub.

Sərgidə verilənlərin analitik informasiya və veb-texnologiyaları, informasiya təhlükəsizliyi, sosial şəbəkələr, biometrik sistemlərin təhlükəsizliyi, informasiya resurslarının formalaşdırılması, informasiya-kommunikasiya texnologiyaları, linqvistik, coğrafi informasiya texnologiyaları, hərbi informatika, informasiya-hesablama, audioinformasiya, sosioinformasiya texnologiyaları, virtual məkanda Azərbaycan problemləri, elm və təhsilin informasiyalaşdırılması və digər problemlər istiqamətində institutda görülən işləri əks etdirən materiallar nümayiş etdirilib.

İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin elmi problemləri ilə məşğul olan İTİ-də aparılan elmi-tədqiqat işləri, müxtəlif İKT layihələrinin həyata keçirilməsində görülən tədbirlər və s. haqqında məlumat verilib.

İKT-nin imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması istiqamətində “E-elm” layihəsi çərçivəsində aparılan mühüm işlərdən söhbət açılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL