waplog

Böyük həcmli məlumatlar üçün effektiv proqramlaşdırma dili yaradılıb


Massaçusets Texnologiya İnstitutunun nəzdində olan İnformatika və Süni intellekt laboratoriyalarının alimləri böyük həcmli massivlərdə məlumatların ayrı-ayrı fraqmentləri ilə işləmək üçün nəzərdə tutulmuş “Milk” adlı yeni proqramlaşdırma dilini təqdim ediblər.

Belə hesab edilir ki, müasir hesablama sistemləri ayrı-ayrı məlumatlarla işləmək üçün optimallaşdırılmayıb. İnformasiyanın əməli yaddaşdan çağırılması prosesi kifayət qədər sürətli deyil. Bu səbəbdən prosessorlar keş adlandırılan şəxsi yaddaşla təchiz edilir. Əməli yaddaş qurğusuna edilən  müraciətlərin sayını azaltmaq üçün prosessor yaddaşı bloklar üzrə oxuyur və artıq öz keşində bu bloklarda yerləşən lazımi məlumatları tapır.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, lokal yaddaşa malik hesablama sistemindən söhbət getdikdə belə yanaşma özünü doğruldub. Ancaq əgər böyük həcmli şəbəkə məlumat bazasında 20 müəyyən fraqmenti tapmaq lazımdırsa, yuxarıda haqqında danışılan yanaşma səmərəsizdir. Məhz bu problemi həll etmək üçün yeni proqramlaşdırma dili yaradılıb.

Alimlər tərəfindən keçirilmiş sınaqlar zamanı məlum olub ki, yeni proqramlaşdırma dilinin tətbiqi mövcud dillərlə müqayisədə böyük həcmli  massivlərdə ayrı-ayrı məlumatlarla işi dörd dəfə sürətləndirməyə imkan verir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL