waplog

“Samsung Galaxy S II” smartfonunun satışları rekord qırır


“Samsung” şirkəti bildirib ki, “Galaxy S II” flaqman smartfonunun satışları 10 milyona çatıb.

Məlumat üçün qeyd edək ki, “Galaxy S II” smartfonu “Mobile World Congress 2011” fevral sərgisində təqdim edilib.

O, 4,3 düym sensor ekran, ikinüvəli 1 QHz takt tezlikli “Exynos 4210” prosessoru, 512 MB əməli yaddaş, 8 QB tutumlu fləş modul, 8 meqapiksel kamera, “Wi-Fi” (IEEE 802.11n) və “Bluetooth 3.0” adapterləri, “GPS” peyk qəbuledicisi ilə təchiz edilib.

“Galaxy S II” satışları aprel ayında başlanıb; iyul ayında satışlar 5 milyon həddini ötüb. 10 milyon satış üçün 5 ay vaxt lazım olub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL