waplog

Amsterdamda özü hərəkət edən su taksiləri istifadəyə veriləcək


Meqapolis üçün effektiv həllər institutu Amsterdam ərazisində özü hərəkət edən su nəqliyyatının tətbiqi üzrə beşillik proqram elan edib. “Roboat” adlı proqramın kuratorları qismində Massaçusets Texnologiya İnstitutu və Hollandiyanın iki universiteti çıxış edir.

“ICTnews” Elektron Xəbər Xidməti “therunet.com” saytına istinadən yazır ki, şəhərin təxminən dörddə bir hissəsi su ilə əhatə olunub, bununla əlaqədar olaraq robot qayıqların tətbiqi böyük fayda verə bilər. Onlardan taksi, həmçinin yüklərin daşınmasında istifadə etmək planlaşdırılır. Bundan başqa, belə nəqliyyat vasitəsinin köməyi ilə şəhər hakimiyyəti su və havanın keyfiyyəti haqda informasiya alacaq. Bu məlumatlar əsasında kanalların çirklənmədən təmizlənməsi üsulları hazırlanacaq. Hər il şəhərin göllərindən 12 mindən çox velosiped çıxarılır.

Layihənin reallaşdırılmasına 25 milyon dollar ayrılıb. İlk prototiplər 2017-ci ildə istifadəyə veriləcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL