waplog

Avropa mobil rouminqi ləğv edir


21 sentyabr tarixində Avropa Komissiyası Avropa Birliyi ölkələrində mobil rouminqi ləğv etməyə dair qərar qəbul edib. Rəqəmli iqtisadiyyat və informasiya cəmiyyəti üzrə Avropa komissarı Hünter Ettinqer bu fikri səsləndirib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, Avropa Komissiyası 2017-ci il 15 iyun tarixindən rouminqin tam ləğvi barədə razılığa gəlib.

Avropa Birliyi ölkələri arasında səyahətlər zamanı bütün rouminq tariflərinin ləğvi haqda uzun müddətdir danışıqlar gedir. Bu müddət ərzində tariflərin dəyəri bir neçə dəfə aşağı endirilib. Belə ki, 2016-cı ilin aprelində ev regionundan kənar, amma Avropa Birliyi daxilində olan abunəçi üçün çıxan danışığın dəqiqəsinin dəyəri 0.05 avro, SMS-in dəyəri 0.02 avro, 1 meqabayt internet trafikin dəyəri isə 0.05 avro təşkil edib.

2014-cü ildə Avropada keçirilmiş genişmiqyaslı araşdırmaya əsasən, istifadəçilərin 47%-i səfər zamanı mobil internetdən istifadə etmir, yalnız hər bir onuncu abunəçi adi rejimdə elektron poçtdan istifadə edir və rəyi  soruşulmuşların 25%-dən çoxu, sadəcə, öz mobil telefonlarını söndürürlər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL