waplog

“Samsung”la “Apple” arasında qarşılıqlı patent iddiaları davam edir


“Samsung” nümayəndələri “Apple” şirkəti ilə aralarındakı patent təhqiqatı haqqında şərh veriblər.

Stiv Cobsun imperiyası Cənubi Koreya istehsalçısını dizayn elementlərinin, istifadəçi interfeysinin kopyalanmasında ittiham edib.

“Samsung” şirkəti isə “Apple”-ı verilənlərin simsiz ötürülməsinə, enerji istehlakının azaldılması vasitələrinə və səhvlərin korreksiyasına aid olan patentlərin pozulmasında ifşa edib.

Avqust ayının əvvəlində Almaniya məhkəməsi “Samsung Galaxy Tab 10.1” planşet kompyuterinin Avropada satışına və marketinqinə müvəqqəti qadağa qoyub. Daha sonra Hollandiya məhkəməsi “Samsung”un 3 smartfonu — “Galaxy S”, “Galaxy S II” və “Galaxy Ace” ilə bağlı analoji qətnamə çıxarıb.

“Samsung”un vitse-prezidenti Li Yunqxinin sözlərinə əsasən, şirkət “Apple”-la "təcavüzkar" patent mübarizəsinə keçmək niyyətindədir.

“Samsung” rəhbərinin bəyanatına əsasən, buna qədər fəaliyyətlər passiv idi. Cənubi Koreya istehsalçısının məhz nə edəcəyi bilinmir. Ehtimal ki, yeni məhkəmə iddiaları veriləcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL