Günəşdən 21700 dəfə güclü qurğu yaradılıb
İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin alimləri müxtəlif materialların ekstremal istilik yüklənmə şəraitində sınaqları üçün güclü günəş qurğusu yaradıblar.
"ICTnews" Elektron Xəbər Xidməti "Populyarnaya Mexanika www.popmech.ru" resursuna istinadən yazır ki, projektor 2 metr dairə diametrində yerləşən 18 işıq mənbəyindən ibarətdir. Mənbə kimi işığı bir nöqtəyə yönləndirən reflektorlu ksenon lampa çıxış edir. Nəticədə Günəşdən 21700 dəfə inanılmaz parlaqlıq əldə olunur.
Səhra təxminən bu miqdarda işıqla gün ərzində işıqlandırılır. Tam otaq ölçüsündə olan qurğunun işıq şüalarının toplanması nöqtəsində alimlər sınaqlar üçün müxtəlif cihaz və avadanlıqlar quraşdırıblar.
Günəş qurğusundan, həmçinin Günəş enerjisinin saxlanılmasının yeni üsullarının tədqiqi və hazırlanması üçün istifadə etmək planlaşdırılır ki, bu da, məsələn, kosmik gəmilər üçün çox aktualdır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL