waplog

“Telekom” voleybol klubunun 2016/2017-ci il mövsümü üçün heyəti açıqlanıb


Bakının qadın voleybolçulardan ibarət "Telekom" klubu yeni mövsüm üçün heyətini açıqlayıb. Komanda baş məşqçi Zoran Qayiç və köməkçisi Vasif Talıbovla işbirliyinə davam edəcək.

Məşqçilər korpusunda onlarla birgə Xanlar Ələkbərov (məşqçi), Dord Nahod (seleksiyaçı məşqçi) və Filip Pavçiç (fizioterapevt) yer alacaqlar. "Telekom"un 2016/2017-ci il mövsümü üçün heyətində toppaylayıcılar - Yana Əzimova (Azərbaycan), Sladyana Mirkoviç (Serbiya), hücumçular - Anastasiya Baydyuk, Yelizaveta Səmədova, Marqarita Əzizova, Anastasiya Bessonova (hamısı Azərbaycan), Yovana Vesoviç (Serbiya), Kseniya İvanoviç (Monteneqro), blokçular - Aleksandra Petroviç (Serbiya), Qabriela Koyeva (Bolqarıstan), Olena Həsənova (Azərbaycan), liberolar - Mariya Filipova (Bolqarıstan) və Ülkər Kərimova (Azərbaycan) yer alıblar.

Qeyd edək ki, "Telekom" yeni mövsümdə Azərbaycan Super Liqası ilə yanaşı, Çempionlar Liqasında da oynayacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL