Yaradılmış süni sümük toxuması “3D” printerdə çap ediləcək
Şimal-Qərb Universitetində Adam Yakusun rəhbərliyi altında çalışan mütəxəssislər qrupu tərəfindən yaradılmış süni sümük toxumasını "3D" printerdə çap etmək mümkündür.
"ICTnews" Elektron Xəbər Xidməti "medportal.ru" saytına istinadən yazır ki, biomaterial "Hyper-Elastic Bone" adlandırılıb. İstehsalçıların sözlərinə görə, biomaterial yüksək möhkəmliyə malikdir və qısa vaxtda lazımi formaya malik fraqment hazırlamağa imkan verir.
Məsələn, indi üz-çənə cərrahi əməliyyatının keçirilməsi vaxtı həkimlər pasiyentin bud sümüyündən sümük fraqmenti götürməli olurlar ki, bu da xəstənin bərpa prosesini xeyli uzadır. Biomaterialdan istifadə çətinliklərdən və bir çox problemlərdən xilas olmağa imkan verir.
Alimlər biomaterialı artıq heyvanlar üzərində sınaqdan keçiriblər və heç bir infeksiya, kənar təsir qeydə almayıblar.
Beləliklə üz-çənə, stomatoloji və başqa əməliyyatların keçirilməsi üçün sümük fraqmentlərini çap etmək mümkün olacaq. Bundan başqa, biomaterial anadangəlmə qüsurların aradan qaldırılmasında tətbiq ediləcək.
Alimlər bildiriblər ki, yaxın beş ildə pasiyentlər üzərində süni sümük materialının sınaqlarına başlanılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL