“Google” kompüter təlimi texnologiyasını ümumi istifadəyə verib
“Google” şirkəti kompüter təlimi platformasını ümumi istifadəyə verib. Bu, proqram tərtibatçılarına neyroşəbəkələrdən istifadə etməklə innovativ məhsullar yaratmağa imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, əvvəllər xidmətdən yalnız bəzi istifadəçilər alfa versiyasında istifadə ediblər. Yeni alət dünyada proqram tərtibatçıları tərəfindən yaradılan istənilən əlavə və proqramı yaxşılaşdırmağa imkan verəcək.
Mütəxəssislər şirkətin bloqunda "Airbus” şirkətinin “Google”un “bulud” kompüter təlimi texnologiyasından istifadə etməklə müdafiə sistemləri və kosmik məkanın tədqiqi sistemlərinin necə optimallaşdırılması barədə məlumat veriblər. Yeni alət vasitəsilə “Airbus” əməkdaşları peyk təsvirlərinin avtomatik aşkarlanması və düzəlişi funksiyasını yaxşılaşdırmağa nail olublar. “Kompüter təlimi “bulud” texnologiyası bizə peykdən çəkilən təsvirlərin analizinin dəqiqliyini və sürətini artırmağa imkan verib. O, onilliklər boyunca mövcud olan problemləri həll etməyə şərait yaradıb”, - "Airbus” şirkətinin əməkdaşlarından biri qeyd edib.
Texnologiyanın inkişafa, xüsusilə müasir startaplara təsir etməsi ilə "Google”un kompüter təlimi sahəsində nailiyyətləri insan fəaliyyətinin bütün sahələrinə təsir göstərə bilər. Süni intellekt texnologiyaları bütün mümkün problemlərin həllində öz effektivliyini dəfələrlə nümayiş etdirib. Belə ki, kompüter təlimi sistemindən istifadə edən “Google” serverlərin elektrik enerjisi ilə təmini üçün xərcləri azalda bilib.
“Google” kompüter təlimini ümumi istifadəyə verməklə yanaşı, bu sahədə mütəxəssis hazırlığı ilə məşğul olacaq. Süni intellektindən istifadəyə maraq göstərən hər kəsin şirkətin mütəxəssisləri ilə lazımi biliklər əldə etmək üçün əlaqə yaratmaq imkanı olacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL