“Xalq kompyuteri” layihəsi üzrə 14 mindən çox kompyuter satılıb
"Hər ailə üçün kompyuter" şüarı altında həyata keçirilən “Xalq kompyuteri” layihəsi çərçivəsində artıq 14 mindən çox adam güzəştli şərtlərlə kompyuter əldə edib.
“Xalq kompyuteri” layihəsinin məqsədi ümumtəhsil və ali məktəblərin müəllimlərinə, tələbə və şagirdlərə, dovlət müəssisələrinin işçilərinə sadə şərtlərlə - 12 ay boyunca hər ay ödəniş etməklə kompyuter sahibi olmaq imkanı verməkdir. Layihə Bakıda və regionlarda geniş vüsət alıb.
“Xalq kompyuteri” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, “HP”, “Microsoft” və “Bestcomp Group” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.
“Symantec” , “Azərcell”, “Azərfon” kimi böyük şirkətlər layihə çərçivəsində satılan kompyuterlərlə birlikdə alıcılara bazar qiymətindən çox aşağı qiymətlərlə antivirus proqramı və internet xidmətləri təqdim edirlər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL