waplog

“GoTenna” qurğusu mobil rabitəyə qoşulmadan internetdən istifadə edəcək


Mobil telefonlar şəbəkə əhatəsindən kənarda olanda faydasız rabitə vasitəsinə çevrilir. “GoTenna” şirkəti çoxlu mobil qurğunu bir şəbəkədə birləşdirərək bu problemin həllini təklif edir ki, bu da mobil şəbəkənin əhatə dairəsində olan qurğular sayəsində rabitədən istifadəyə imkan verir. İstifadəçi qurğularının retranslyasiya mərkəzləri kimi istifadəsinə baxmayaraq şirkət nümayəndələri rabitənin siqnalların şifrlənməsinə görə təhlükəsiz qalacağını bildiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, ilk versiyası bir neçə il əvvəl təqdim edilən “GoTenna” qurğuların bir şəbəkədə birləşdirilməsi məsafəsinin kiçik olmasına görə populyarlıq qazana bilməyib. “GoTenna”ın yeni versiyası şəbəkənin əhatə dairəsini iki dəfə artıracaq ki, bu da qurğunun populyarlığına müsbət təsir göstərəcək.

Şirkət nümayəndələrinin sözlərinə görə, qurğunun yeni versiyaları yaşayış məntəqələrində 1,6 km, açıq yerdə 4,8 km təsir gücünə malik hərbi rabitə sistemlərindən istifadə edir.

48 qram çəkiyə malik “GoTenna” kiçik elektron qurğudur ki, bu da onu çətinlik çəkmədən istənilən tədbir və ya səfərlərə aparmağa imkan verir. Qurğu şəxsi bildirişlər göndərir, həmçinin GPS naviqasiyası ilə təchiz edilib.   

Hazırda “Kickstarter” saytında qurğunun kütləvi istehsalına başlamaq üçün vəsait toplanır. Pərakəndə satış qiyməti 179 dollar təşkil edəcək qurğunun tədarükünə bu ilin dekabrında başlamaq planlaşdırılır.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL