waplog

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransında təmsil olunub


Azərbaycan Avstriyanın Vyana şəhərində yerləşən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 60-cı Baş Konfransında təmsil olunub.
 
Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin nümayəndələri də iştirak ediblər.
 
 
Konfransda Türkiyə Respublikasının nümayəndəsi öz nitqində Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının regiona böyük təhlükə yaratdığını vurğulayaraq, bu stansiyanın tez bir zamanda bağlanmasını tələb edib.  
 
Azərbaycan nümayəndə heyəti də çıxış zamanı Ermənistanın Atom Elektrik Stansiyasının yalnız Azərbaycan üçün yox, bütün region üçün böyük təhlükə olduğunu qeyd edib. Bu təhlükə stansiyanın köhnəlmiş texnologiyalardan istifadə etməsi və seysmik aktiv zonada yerləşməsi ilə əsaslandırılıb.
 
Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin AEBA-nın Avropa üzrə Texniki Əməkdaşlıq departamentinin rəhbəri Martin Krauze və bu departamentin əməkdaşı, Azərbaycan üzrə layihələr meneceri xanım Katya Düfre  ilə görüşü keçirilib.
 
Görüşdə mövcud layihələrin icrası  və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
 
Daha sonra  MNTM-nin nümayəndələri Rusiyanın “Rosatom” və Argentinanın “İNVAP” şirkətinin nümayəndələri ilə görüşüblər.
 
Görüşlərdə nüvə elmləri və nüvə texnologiyaları sahələrində respublikamızda insan resurslarının inkişafı məsələsi müzakirə edilib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL