waplog

Kompüter klaviaturası erkən Parkinson xəstəliyinə diaqnoz qoyacaq


ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) rəhbərliyi ilə alimlər qrupu kompüter klaviaturası vasitəsilə Parkinson xəstəliyinin inkişaf dinamikasının monitorinqi üçün alqoritm icad edib.   

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, Parkinson xəstəliyi yuxarı yaş qruplu insanlar üçün xarakterik olan zəif inkişaf edən xroniki nevroloji xəstəlikdir. Mövcud müalicə vasitələri belə xəstələrin həyat səviyyəsini artırmağa imkan verir, lakin bunun üçün həkimlər xüsusilə onların ilkin mərhələlərdə mütəmadi və operativ monitorinqini aparmalı olurlar. Hazırda bu məqsədlə daşınan inersiyal ölçmə bloklarından (IMUs) və ya klavişləri basmaq üçün xüsusi aparat və proqram alətləri tələb edən testlərdən istifadə olunur.  

Yeni işdə alimlər əsasını klavişlərin basılması üzrə biometriya texnologiyasının təşkil etdiyi metoddan istifadə ediblər. Eksperimentdə 43 sağlam və erkən Parkinson xəstəliyinə tutulan 42 nəfər iştirak edib. Xəstələr diaqnozun orta qoyulma müddəti 1,6 il və diaqnozu 3,9 il əvvəl qoyulan qruplara bölünüblər. Bu halda birinci qrupdan olan xəstələr dərmanlar qəbul etmək təcrübəsinə malik olmayıb, ikinci qrup isə sınaqdan 18 saat əvvəl dərmanlar qəbul etməyib.   

Sınağın şərtinə görə, hər bir iştirakçı 10-15 dəqiqə ərzində kompüter klaviaturasında ixtiyari mətn yığıb. Sonra klavişin orta sıxılma müddəti (təxminən 100 milli-saniyə) ərzində alqoritm sınaq iştirakçısının profilini tərtib edərək normal və ya "neuroQWERTY” (nQi) adlanan disfunksional motorikanı göstərən rəqəmli indeksi hesablayıb. Göstəricilər sınağın nəticələri və xəstələrin obyektiv vəziyyəti arasında əhəmiyyətli korrelyasiyanın olmasını nümayiş etdirib.  

Qeyd olunur ki, ev kompüterlərinə quraşdırıla bilən alqoritm digər proqram təminatı tələb etmir. Texnologiya xəstələrin ev şəraitində həqiqi vəziyyətini izləməyə və onlara vaxtında lazımi dərman dozaları təyin etməyə imkan verəcək. Gələcəkdə belə monitorinqin simptomların qarşısını ən erkən mərhələlərdə almaqla xəstəliyin faktiki müalicəsinə kömək edəcəyi istisna edilmir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL