waplog

Süni intellekt fotoşəkillərlə bitkilərin xəstəliyini diaqnozlaşdıracaq


Pensilvaniya Universitetinin tədqiqatçıları fermerlərə fotoşəkillərlə bitkilərin xəstəliyini aşkarlamağa kömək edəcək neyron şəbəkə hazırlayıblar.   

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatının inkişafı bitkilərin xəstəliyini vaxtında müəyyənləşdirməyə və onlarla mübarizəyə imkan verən müasir texnologiyaların olmaması səbəbindən çətinliklər yaradır. Məhz buna görə hazırda Pensilvaniya Universitetinin alimləri İsveçrə Federal Texnoloji İnstitutunun əməkdaşları ilə birlikdə kənd təsərrüfatı bitkilərinin xəstəliklərini istifadəçilərin təqdim etdiyi fotoşəkillərlə problemsiz müəyyənləşdirməyə imkan verəcək proqram təminatının hazırlanması ilə məşğuldurlar.

Alimlər çoxlu kompüteri neyron şəbəkədə birləşdirərək sistem modeli yaradıblar. Sonra onlar xəstə və sağlam bitkilərin 53 mindən çox fotoşəkilindən ibarət məlumat bazası vasitəsilə sistemi hazırlamağa başlayıblar. Məlumat bazasına 14 əsas kənd təsərrüfatı bitki növü və 26 daha çox yayılmış xəstəlik daxil edilib.

Kompüter təlimi texnologiyasından istifadə edən tədqiqatçılar sistemi bitkilər və xəstəliklər arasında uyğunluğu tapmaq üçün sınaqdan keçiriblər. Nəticədə mütəxəssislər sistemin fotoşəkillərlə bitkilərin xəstəliyini 99,35 dəqiqliklə identifikasiya etməsinə nail olublar.  

Sistemin ərsəyə gətirilməsi üçün böyük hesablama kompüterlərinin tələb olunmasına baxmayaraq hazır proqram təminatını smartfonlar üçün sadə əlavədə quraşdırmaq mümkündür.

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL