“Microsoft” bu ay yeni qurğular təqdim edəcək
Ötən il “Microsoft” korporasiyası növbəti təqdimatda dünyanı təkcə dördüncü nəsil “Surface Pro” planşet kompüteri ilə deyil, həm də ilk "Surface Book” noutbukunu nümayiş etdirməklə təəccübləndirdi. Bu dəfə isə korporasiya jurnalistlərə oktyabrın 26-da keçiriləcək tədbirə dəvətnamə göndərib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, görünür, “Microsoft” da “Google” şirkəti kimi ilin əvvəlində tərtibatçılar üçün konfrans keçirərək yeni proqramlar, payızda isə xüsusi tədbirdə yeni qurğular nümayiş etdirən “Apple” şirkətindən nümunə götürüb. ABŞ korporasiyasının artıq işıq üzü görmüş qurğuların yeni versiyasını, eləcə də "Surface” istehsal xəttindən ilk monoblok təqdim edəcəyi gözlənilir.
“Microsoft”un monobloku barədə şayiələr çoxdan gəzir. Hətta internetdə sirli kompüteri təsvir edən bir neçə patent yerləşdirilib. Həmçinin ötən həftənin əvvəlində korporasiya “Surface” loqotipli yeni simsiz klaviaturanın ilk təsvirini dərc edib. Bu, korporasiyanın “iMac” kompüterinin rəqibi olacaq monoblok, eləcə də onun üçün simsiz klaviatura və “mouse” hazırlaması barədə fikir yürütməyə əsas verir.
Maraqlıdır ki, müxtəlif mənbələrin məlumatına görə, gələn həftə “Microsoft”un təqdimatından sonra "Apple” şirkəti yeni "Mac” kompüterləri və yenilənmiş planşetlər təqdim edəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL