Dünyada ən kiçikölçülü tranzistor yaradılıb
Amerikalı fiziklər dünyada ən kiçikölçülü tranzistor yaradıblar. Mikrosxemlərin elektron komponenti təxminən bir nanometr uzunluğunda rəzəyə malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, rəzənin uzunluğunun azaldılması tranzistorda molibden sulfidin istifadəsi sayəsində mümkün olub. Bu material silisiumla müqayisədə daha aşağı dielektrik keçiciliyinə malikdir ki, nəticədə kiçikölçülü rəzənin köməyi ilə qurğuda gərginliyi idarə etmək olar.
Alimlərin tədqiqat işi elektron komponentlərin fiziki ölçülərinə məhdudiyyət qoyan “Mur qanunu”nu təkzib edib. Belə ki, bu qanuna əsasən, rəzəsi 5 mm-dən aşağı olan silisium tranzistorların yaradılması qeyri-mümkündür.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL