waplog

“Azərcell” 3 yeni “Ekspress” ofisi açdı


“Azərcell Telekom” MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək üçün “Azərcell Ekspress” ofislərinin sayını artırmaqdadır. Şirkət bu günlərdə 3 yeni “Azərcell Ekspress” ofisini abonentlərin istifadəsinə verib.

“Ekspress” ofisləri Hövsan və Maştağa qəsəbəsində və eyni zamanda “Həzi Aslanov” metro stansiyasının yaxınlığında açılıb. Yaxın günlərdə şirkət Siyəzən şəhərində də, yeni “Ekspress” ofisini abonentlərin istifadəsinə verməyi planlaşdırır.

Qeyd edək ki, fəaliyyətə başlayan “Azərcell Ekspress” ofislərinin işinin əsasını “bir nöqtədə üç xidmət”( "one stop shopping") konsepsiyası təşkil edir. Bu konsepsiyaya əsasən abonent “Azərcell Ekspress” ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər.

Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

“Azərcell” şirkəti tək Azərbaycanda deyil, bütün regionda “bir nöqtədə üç xidmət” konsepsiyasını təqdim edən ilk şirkətdir. Xatırladaq ki, “Azərcell”in Bakıda 16, rayonlarda isə 21 “Ekspress” ofisi fəaliyyət göstərir.

Şirkət bundan sonra da Bakıda və regionlarda “Azərcell Ekspress” ofislərinin sayını artırmaq niyyətindədir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL