waplog

“Microsoft” modullu smartfon yaradır


“Microsoft” korporasiyasının tədqiqat bölməsi bir neçə hissədən ibarət smartfon yaratmaq məqsədilə ABŞ-ın Patent və Əmtəə Nişanlarının Qeydiyyatı Bürosuna müraciət edib.

Təqdim olunan aparat yana açılan slayder konstruksiyasına malik olmaqla klaviaturanın yerinə dəyişik modul üçün yer ayrılıb. Bu modul fiziki klaviatura, oyunlar bloku üçün düymələr, əlavə sensor ekran, ikinci akkumulyator və s. ola bilər.

Bundan başqa, dəyişik modul sərbəst şəkildə də işləyə bilir. Məsələn, sensor ekran və batareyası quraşdırılmış dəyişik modul sökülmüş vəziyyətdə televizorun uzaq məsafədən idarə edilməsi pultunu, oyun klavişlər bloku isə ayrıca oyun qurğusunda istifadə edilə bilər.

Qeyd edək ki, əvvəllər belə aparatları bazarda görmək mümkün olub. Məsələn, 2010-cu ilin mart ayında Yaponiyanın “NTT DoCoMo” operatoru yerli bazarda iki hissədən – bir-biri ilə simsiz rabitə ilə bağlanan ayrıca ekrandan və ayrıca klaviaturadan ibarət sökülə bilən “Fujitsu F-04B Prime” mobil telefonunu təqdim etmişdi.

www.mincom.gov.az

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL