waplog

Genetik modifikasiya hidrogen istehsalına kömək edəcək


Tel-Əviv Universitetinin tədqiqatçıları gen mühəndisliyi vasitəsilə hidrogenin sənaye miqyasında effektiv istehsalı üçün istifadə oluna biləcək orqanizmi modifikasiya ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, hidrogen təmiz və dayanıqlı yanacaq kimi böyük potensiala malikdir, lakin bu amillər çox vaxt onun istehsalından asılı olur. Son vaxtlar hidrogenin əldə edilməsi üçün çoxlu yeni üsullar yaransa da, indiyədək bu yanacaq növünün sənaye miqyasında istehsalı problem olaraq qalır. Hidrogen yanaraq özündən sonra əlavə məhsul kimi yalnız suyu qoya bilir, lakin hazırda hidrogenin əsas hissəsi mədən mənbələrindən hasil edilir. Bu dəfə isə vacib kəşfi genetik modifikasiyadan daha effektiv hidrogen istehsalı üsullarının yaradılması üçün tətbiq etməyə nail olan Tel-Əviv Universitetinin tədqiqatçıları ediblər.

Bundan əvvəl tədqiqatçılar hidrogenin fotosintez prosesində yosunlardan əldə etməyin mümkünlüyünü aşkar ediblər, lakin həmin tədqiqatlarda hidrogen istehsalının yalnız dan yeri sökülərkən bir neçə dəqiqə ərzində baş verməsi barədə danışılıb. İsrail universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni sınaqlardan məlum olub ki, yosunlar hidrogeni əslində bütün günü istehsal edir. Sınaqlar göstərib ki, oksigenin mövcudluğu ilə parçalanan hidrogenaz fermenti hidrogenin yosunlarla istehsalının ayrılmaz hissəsidir. Genetik modifikasiya sayəsində alimlər reaksiyadan oksigeni ayırıblar ki, bu da fermentə hidrogen istehsalını davam etdirməyə imkan verib. Tədqiqatçıların sözlərinə görə, bu üsul hidrogenin yosunlar vasitəsilə istehsalının effektivliyini 400 faiz artırıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL