Yeni nəsil superkompüterin hazırlanmasına başlanılıb
Çinin Milli Müdafiə Elm və Texnika Universiteti və Dövlət Superkompüter Hesablamaları Mərkəzi yeni nəsil hesablama kompüterinin nümunəsini hazırlamağa başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, Milli Müdafiə Elm və Texnika Universiteti nümayəndəsinin sözlərinə görə, yeni kompüter saniyədə kvintilyon əməliyyat yerinə yetirə biləcək. Gələcək hesablama kompüteri elmi-texniki tərəqqinin irəliləməsində və müxtəlif sahələrin inkişafında böyük əhəmiyyətə malikdir. Bir müddət əvvəl Avropa İttifaqı, Yaponiya və ABŞ yeni nəsil superkompüter hazırlamağa başlayıb. Onların məqsədi 2020-ci ilədək saniyədə kvintilyon əməliyyat yerinə yetirə biləcək kompüter ərsəyə gətirməkdir.
Ölkədə 6 il əvvəl hazırlanan ilk “Tianhe-1” superkompüteri saniyədə kvadrilyon əməliyyat yerinə yetirə bilir. Kompüter hazırda da fəaliyyət göstərərək neft kəşfiyyatı, avadanlıq istehsalı, bioəczaçılıq və s. ilə əlaqədar qarşıya qoyulan vəzifələri icra edir. “Tianhe-1” hər gün 1400-dən çox tapşırıq yerinə yetirir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL