waplog

“Aztelekom” MMC-də marketinq və satış üzrə treninqlər başlayıb


Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC-nin Marketinq və satış departamentinin, həmçinin Abşeron, Sumqayıt və Qax Telekommunikasiya qovşaqlarının satış və marketinq şöbələrinin əməkdaşları üçün "Aktiv satış texnikaları" mövzusunda treninq keçirilib.
 
Treninqin əsas məqsədi əməkdaşların biliklərinin və satış bacarıqlarının artırılması olub.
 
Treninqdə aktiv satış texnikalarından istifadə etməklə satış keyfiyyətinin artırılması, müştərilərlə davranış qaydaları, satış prosesi zamanı dialoq bacarığı və s. mövzularda söhbətlər aparılıb.
 
Qeyd edək ki, bu treninqin iştirakçıları gələcəkdə "Aztelekom" MMC-nin digər qovşaqlarının marketinq şöbələrinin əməkdaşlarına treninqlər keçəcəklər.  












NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL