Yeni yaddaş toplayıcıları 256 bit şifrləmə ilə qorunacaq
"Kingston" şirkəti "FIPS 140-2 Level 3" sertifikatı üzrə təkmilləşdirilmiş mühafizə səviyyəsinə malik, eləcə də "XTS" rejimində aparat 256 bit "AES" şifrləmədən istifadə edən yeni "IronKey D300" və "IronKey D300 Managed" USB-fləş toplayıcılar təqdim edib. Parolu 10 dəfə səhv daxil etdikdən sonra quraşdırılmış proqram təminatı toplayıcıdakı informasiyaya girişi bağlayır və bütün məlumatları silir. Xatırladaq ki, bu ilin əvvəlində "Kingston" "Imation" şirkətinin aktivlərini, o cümlədən yeni toplayıcıların əsasını təşkil edən "IronKey" texnologiyasını satın alıb.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Kingston IronKey D300" rəqəmli imzaya malikdir ki, bu da toplayıcıya "BadUSB" kimi zərərli proqramlardan qorunmağa imkan verir. "IronKey D300 Managed" toplayıcısında "IronKey EMS" vasitəsilə parollu kompleks protokoldan və məsafəli inzibatçılıqdan istifadə olunur. Bütün şifrləmə və deşifrləmə əməliyyatları bilavasitə toplayıcının özündə yerinə yetirilərək əsas sistemdə heç nə saxlanılmır.
Proqram təminatının köməyi ilə mühafizə ilə yanaşı, "IronKey D300" və "IronKey D300 Managed" fiziki qorunur. Onların korpusları IPX8 standartı üzrə suyadavamlı qatışıq sink ərintisindən hazırlanıb ki, bu da aksessuarlara uzun müddət 1 metrədək dərinlikdə qalmağa imkan verir. Komponentlərin hamısı daxildə fiziki sındırılma cəhdlərindən mühafizə üçün epoksid germetikliyi ilə doldurulub.
Toplayıcılar 4-128 qiqabayt tutumlu versiyalarda təklif olunur. Oxuma sürəti 250 Meqabayt/saniyə, yazma sürəti 40 MB/saniyə təşkil edir. Toplayıcıların qiyməti model və quraşdırılmış yaddaşın tutumundan asılı olaraq 65 və 338 dollar arasında dəyişir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL