Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyki Təşkilatına üzv seçilib
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Telekommunikasiya Peyki Təşkilatının (İTSO) Tərəflər Assambleyasının 37-ci iclası keçirilib.
Tədbirin ilk günündə aparılmış gərgin müzakirələrdən və danışıqlardan sonra Azərbaycan təşkilatın Şərqi Avropa və Şimali Asiya ölkələri qrupundan (C qrupu) Mandat Komitəsinə üzv qəbul edilib.
Daha sonra İTSO-ya üzv ölkələrin yekdil qərarı ilə Lüksemburq, Butan, Cənubi Afrika və Kanadanın da üzv olduğu Mandat Komitəsinin sədri vəzifəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərkosmos" ASC-nin Hüquq departamentinin direktoru İlqar Abdullayev seçilib.
Tədbirdə Mandat Komitəsinin sədri kimi çıxış edən İ.Abdullayev ölkəmizə göstərilmiş etimada görə üzv ölkələrə təşəkkürünü bildirərək, qurumun səlahiyyətində olan bir sıra məsələlər barədə danışıb.
Dünyanın 149 ölkəsinin nümayəndələrinin iştirakı ilə Amerika Universitetinin Hüquq üzrə Vaşinqton Kollecində keçirilən bu tədbirdə ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərkosmos" ASC-nin nümayəndəsi ilə yanaşı, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları Emil Səfərov və Sərxan İsmayılov təmsil edir.
Beynəlxalq Telekommunikasiya Peyki Təşkilatının (İTSO) Tərəflər Assambleyasının 37-ci iclası oktyabrın 14-dək davam edəcək. İclasda Fransa, İspaniya və Uqandadan olan üç namizəd arasından İTSO-nun yeni baş direktorunun seçilməsi planlaşdırılır.
www.azertag.az
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL