waplog

“Acer” və “Asustek” şirkətləri aya 200 min ultrabuk tədarük edəcəklər


“Acer” və “Asustek Computer” şirkətlərinin 2011-ci ilin 4-cü rübündə ultrabuk tədarükünü aya 200 minə artıracaqları gözlənilir. Bu barədə “DigiTimes” portalı bildirib.

Nəşrdə qeyd edilib ki, “Acer” şirkəti artıq 13,3 düymlü “Aspire S3” ultrabuklarının Honkonq və Finlandiyada satışlarına başlayıb.

“Asustek” şirkəti oktyabr ayının 11-də rəsmən 11,6 düymlü “ASUS UX21” leptopunu, həmçinin 13,3 düymlü “UX31” modelini təqdim etməlidir.

“Lenovo” və “Toshiba” şirkətlərinə gəlincə, onlar ultrabukların seriya istehsalına yalnız 2011-ci ilin sonu və 2012-ci ilin əvvəlində başlamağı planlaşdırırlar. Həmçinin növbəti ilin ilk rübündə bu sinfin leptoplarını “Hewlett-Packard” şirkəti də çıxarmağa başlayacaq.

Bu halda mənbə qeyd edib ki, “Dell” şirkəti indiyə qədər ultrabuk istehsalçılarının siyahısına qoşulmaq niyyəti haqqında məlumat verməyib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL