waplog

Yeni kvadrokopter kiçik pilotsuz uçan aparatları ələ keçirəcək (VİDEO)


ABŞ-ın “Airspace” şirkəti kiçik uçan aparatların müstəqil aşkarlanması və neytrallaşdırılması üçün yaradılan yeni kvadrokopterin imkanlarını nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “ağıllı” dron qadağan olunmuş yerdə uçuşların qarşısını almaq üçün digər kiçik uçan aparatı müstəqil aşkarlaya, havaya qalxa və xüsusi torla neytrallaşdıra bilir.

“Airspace” nümayəndələrinin sözlərinə görə, onlar uçan aparatları ələ keçirən ilk mükəmməl dron yaratmağa nail olublar. Pilotsuz uçan aparatların ələ keçirilməsi üçün hazırlanan sistem dərin təlim metodlarına əsaslanan kompüter görmə sistemindən istifadə edir. Sistem drona avtomatik nişan almağa və digər aparatı yanlış hədəfdən seçməyə imkan verir. Hədəfə yaxınlaşdıqdan sonra yeni dron toru açır, pozucunu ələ keçirir və onu sonrakı yoxlanış üçün sağ-salamat təhlükəsiz yerə çatdırır.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL