waplog

“Elektron hökumət” portalına daha bir xidmət inteqrasiya edildi


"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi "Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti" adlı elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib.

Artıq istehlakçılar su sayğacının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi üçün "e-gov.az" portalı üzərindən rəsmi formada elektron müraciət edə biləcəklər.

Xidmət qeydiyyatlı olduğu üçün abonentlər ilk növbədə "Elektron hökumət" portalında  təqdim edilən autentifikasiya vasitələrindən biri ilə portaldan qeydiyyatdan keçməlidir.

Su saygaci _ 01.jpg




























Sonra isə abonent "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi xidmətlər içərisindən "Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti" adlı xidməti seçməli, təqdim edilən pəncərədə abonent kodunu daxil etməli və "Davam et" düyməsini seçməlidir.

Su saygaci _ 01.jpg













Abonent kodu daxil edildikdə məlumat bazasında kodun mövcudluğu yoxlanır və daxil edilən koda uyğun abonent məlumatları ekranda göstərilir. Kod bazada mövcud olmadığı təqdirdə ekranda "Daxil edilən kod düzğün deyil" xəbərdarlığı göstərilir.

Müraciətin qeydiyyata alınması üçün isə vətəndaş açılan pəncərədə aşağıdakı məlumatları daxil etməlidir: müraciətin səbəbi, əlaqə yaratmaq üçün telefon və email ünvanı, müraciətlə bağlı açıqlama və əlavə qeydlər.
 

Su saygaci _ 01.jpg








































Məlumatlar daxil edildikdən sonra "Müraciət et" düyməsi sıxılır və ekranda "Müraciətiniz qeydiyyata alındı. Xidmətimizdən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik" məlumatı qeyd edilir.
 

Su saygaci _ 01.jpg











Müraciət qeydiyyata alındıqdan sonra 15 iş günü ərzində abonentin ünvanında Sukanal idarəsinin nümayəndəsi tərəfindən sayğaca baxış keçirilərək zəruri tədbirlər görülür.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL