waplog

“Samsung” şirkəti 8 QB tutumunda ilk mobil yaddaş modulu hazırlayıb


"Samsung" şirkəti "LPDDR4" tipli 8 QB tutumunda ilk mobil əməli yaddaş modulunu təqdim edib. Bu yaddaş modulu aşağı enerji sərfiyyatına malikdir və məlumatları iki dəfə sürətli ötürür. Sözügedən mobil yaddaş modulu məlumatları saniyədə 4266 Mbit sürətlə ötürməyə imkan verir ki, bu da fərdi kompüterlər  üçün "DDR4 SDRAM" yaddaşla müqayisədə iki dəfə sürətlidir.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Samsung" şirkətinin rəsmisi hesab edir ki, yeni yaddaş modulu mobil qurğulardan istifadə təcrübəsini xeyli yaxşılaşdıracaq.

Yeni yaddaş modulunun əsas özəllikləri aşağıdakılardır:

·         10 nm-lik (nanometrlik) texnoloji proses üzrə hazırlanıb;

·         Məlumatların saniyədə 4266 Mbit sürətlə ötürülməsi. Bu da 20 nm-lik texnoloji proses üzrə hazırlanmış analoji çiplə müqayisədə 20% yüksək göstəricidir;

·         fərdi kompüterlər üçün "DDR4" tipli "DRAM" yaddaşdan iki dəfə daha sürətlidir;

·         Çipin ölçüsü 15x15x1 mm-dir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL