waplog

2016-cı ilin sonunadək pərakəndə mobil satışların ümumi həcmi 220 milyard dollar təşkil edəcək


“App Annie” şirkətinin riteyl bazarında mobil proqramların tendensiyaları haqda hesabatına əsasən, mobil texnologiyalar, mobil ödənişlər və “push” bildirişlər riteylerin alətlər dəstinə daxil olub. Şirkətin məlumatına əsasən, mobil riteyl sektoru inkişaf edir. Baxılmış ölkələrdə alıcılar tərəfindən onlayn və oflayn kanalları birləşdirən mağazaların “Android” proqramlarda keçirilmiş ümumi vaxt son 12 ayda təxminən 40% artıb.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, sahə üzrə ekspertlərin mobil riteyl sektorunun inkişafı haqda qiymətləndirmələri fərqlənsə də, amma hamısı əmindir ki, yaxın bir neçə ildə mobil riteyl sektoru xeyli inkişaf edəcək. “Internet Retailer”in proqnozuna əsasən, 2016-cı ilin sonunadək pərakəndə mobil satışların qlobal həcmi 220 milyard dollara yaxınlaşacaq ki, bu da 2015-ci illə müqayisədə 53% daha yüksəkdir.

Təhlil edilmiş ölkələrdə (ABŞ, Cənubi Koreya, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa) son 12 ayda riteyler proqramlardan istifadə artıb. Həmçinin istifadəçilər onlayn və oflayn riteyl alətlərini tez-tez birləşdirməyə başlayıblar.

Məlum olub ki, “Android” sistemli qurğularda riteyler proqramlardan istifadə ABŞ, Cənubi Koreya və Yaponiyada populyardır. Cənubi Koreyada istifadəçilər alış-veriş üçün mobil proqramlardan istifadə edirlər. Cənubi Koreyada fəaliyyət göstərən riteyl mağazalar alıcıların cəlbi üçün “aqressiv endirim”lərdən istifadəni təcrübədən keçirirlər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL