Xorvatiyalı qonaq Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzidə olub
Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin həyat yoldaşı Yakov Kitaroviç oktyabrın 24-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qonağa Tədqiqat Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Yakov Kitaroviç mərkəzin "Aerozol CVD", "Clean room", "Fotometrik laboratoriya" və digər otaqlarında quraşdırılmış avadanlıqlara baxıb.
Bildirilib ki, MDB məkanında və bir çox Avropa ölkələrində analoqu olmayan bu mərkəzdə quraşdırılan avadanlıqlar müasirliyi ilə seçilir.
Həmin avadanlıqlar nanotexnologiya sahəsində tətbiqi işləri yerinə yetirməkdə rəqabətə davamlıdır. Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində XXI əsr konvergensiya texnologiyası həyata keçirilir.
Mərkəzdə fotometrik laboratoriya, biokimya nanotexnoloji laboratoriya, "A-CVD" karbon nanotexnologiyalar laboratoriyası, optik spektrometriya laboratoriyası, elektron mikroskop laboratoriyası kimi yeni nəsil laboratoriyalar yaradılıb. Mərkəzdə yaradılmış şərait xorvatiyalı qonaqda maraq doğurub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL