Avstriyada maqnitlərin “3D” çap texnologiyası hazırlanıb
Hazırda maqnitlərin əksəriyyəti təzyiq altında tökmə metodu ilə hazırlanır. Bu texnologiya, məsələn, elmi-tədqiqat layihələrinin reallaşdırılması üçün müəyyən formalı maqnitlərin hazırlanması ilə əlaqədar bəzi məhdudiyyətlərə malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, Vyana Texnologiya Universitetinin alimlərdən ibarət komandası tərəfindən hazırlanmış maqnitlərin “3D” çap texnologiyası istənilən forma və ölçüdə maqnitlər yaratmağa imkan verəcək. Bundan ötrü rəqəmli kompüter modelini hazırlayaraq onu lay-lay maqnit "mürəkkəbi" çəkən “3D” printerə yükləmək lazımdır.
Polimerin əvəzinə 90% maqnit sapları və 10% əlaqələndirici polimerdən ibarət olan qarışıqdan istifadə etmək təklif edilib. Saplar maqnitləşdirilmədiyindən əldə olunmuş məmulat güclü maqnit sahəsinin təsirinə məruz qalmalıdır.
Yeni texnologiya ən müxtəlif formalı maqnitlər hazırlamağa imkan verir. Bundan başqa, indi bir neçə materialdan ibarət maqnit yaradıla bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL