Təsviri hərəkət edən obyektin səthinə proyeksiya etməyə imkan verən texnologiya hazırlanıb
Proyektorun təsviri təhrifsiz əks etdirməsi üçün təsvir düz və ya hamar səthə proyeksiya edilməlidir, əks halda şəkil öz formasını dəyişəcək və bu, hər kəsə bəllidir. Amma Tokio Universitetinin İşikava Vatanabe laboratoriyasından olan alimlər qrupu tərəfindən yaradılmış texnologiya təsvirin deformasiyasını tamamilə kompensasiya etmək qabiliyyətinə malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, yeni texnologiya saniyədə 100 kadr sürətlə çəkmək qabiliyyətinə malik proyeksiyalı kameranın işinə əsaslanır. İstənilən obyektin səthinə xüsusi mürəkkəblərin köməyi ilə insan gözünə görünməyən, amma kamera tərəfindən “ələ keçirilən” məxsusi tor çəkilir. Torun həndəsi formasının dəyişilməsinə uyğun olaraq kamera təsviri dinamik dəyişdirir və miqyasını böyüdür.
Sözügedən texnologiyanın təkmilləşdirilməsi prosesində müəlliflər 3 milli-saniyəlik gecikməyə nail olublar. Bu o deməkdir ki, təsvirin dinamik dəyişdirilməsi insan gözü tərəfindən seçilməyəcək.
Yeni texnologiya bir çox sahələrdə tətbiq oluna bilər. Bundan başqa, yeni texnologiya reklam sənayesində tətbiq edilə bilər.