waplog

İstehsalçılar sərt disk almır


2011-ci ilin 3-cü rübündə sərt disk (HDD) tədarükləri ikinci rübün göstəricisini yalnız 3% ötəcək, dördüncü rübdə isə nəticə praktik olaraq dəyişməyə bilər. Belə proqnozu “HDD” bazar iştirakçılarına istinadən “DigiTimes” portalı verib.

Əksəriyyəti fləş-daşıyıcılar tərəfindən komplektləşdirilən planşet fərdi kompyuterlərə artan tələbata, həmçinin ABŞ və Avropada qeyri-stabil iqtisadi vəziyyətə görə, istehsalçılar sərt disk sifarişlərini azaltmağa başlayıblar.

“HDD” tədarükünün artım sürətinin azalmasının daha bir səbəbi noutbuk istehsalçılarının anbarlarında müəyyən qədər vinçester ehtiyatının yığılıb qalmasıdır.

Məsələ ondadır ki, 2011-ci ilin mart ayında Yaponiyada baş vermiş zəlzələ və sunamidən sonra bir çox leptop istehsalçıları tədarüklərdə ola biləcək mümkün fasilələrdən sığortalanmaq üçün xeyli sərt disk alıblar, indi isə məhz onlardan istifadə edirlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL