waplog

“iPad” planşetlərinin sifarişləri azalıb


Amerikanın “Apple” şirkəti dördüncü rübdə “iPad 2” planşet kompyuterlərinin istehsalı üçün sifarişləri azaldıb.

Kaliforniya nəhəngi 2011-ci ilin dördüncü rübündə ilk əvvəl 17 milyon qurğu istehsal etməyi planlaşdırıb, lakin hal-hazırda 13 milyon aparat sifariş edilib. Bu barədə “JPMorgan Chase & Co” analitikləri bildiriblər.

“Apple” şirkətini planşetlərin istehsal həcmini azaltmağa nə vadar edib? Ekspertlər 2 əsas səbəb göstərirlər: birincisi, dünya iqtisadiyyatında olan qeyri-sabit vəziyyət və dəyişkən istehlakçı tələbatı, ikincisi, 2012-ci ilin əvvəlində yeni “iPad” planşetinin çıxarılması.

Hal-hazırda “iPad” planşet bazarında danılmaz liderdir. “İDC” analitik şirkətinin məlumatına əsasən, 2011-ci ilin ikinci rübündə "alma" qurğuları bazarın 68,3%-ni tutub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL