waplog

Smartfonların avtonom işləmə müddətinin iki dəfə artırılması üsulu tapılıb


Amerikalılar hər il 19 milyard ABŞ dolları məbləğində elektrik enerjisini boş yerə sərf edirlər. Belə ki, evdə olan elektrik cihazları, hətta sönülü vəziyyətdə enerji sərf edirlər. Yuta Universitetinin alimləri tərəfindən müasir smartfon, kompüter, oyun konsolları və başqa qurğuların işləməsi prosesində yaranan elektrik enerjisi itkilərinin azaldılması üsulu tapılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, müxtəlif funksiyaları icra etmək imkanından ötrü elektronika mikrosxemlər vasitəsilə elektrik cərəyanının daxil olmasını idarə edən  çeviricilərə malikdir. Amma mexaniki çeviricilərdən fərqli olaraq, gözləmə rejimində olan bu sərtgövdəli çeviricilər elektrik axınının az hissəsini buraxırlar.
 
Nəticədə elektronika faktiki olaraq tamamilə sönülü vəziyyətdə olmur. Bu, yalnız batareya ilə işləyən qurğunun işləmə vaxtının azaldılmasına deyil, həm də cari anda işləməyən cihazın qızmasına səbəb olur.
 
Yuta Universitetində kompüter mühəndisliyi professoru Massud Tabib-Azar mühəndislərdən ibarət komandası ilə elektrik cihazları və qurğular üçün yaradılmış mikroskopik elektron çeviricilər sxemlərdə naqilləri ayırmaqla elektrik cərəyanının daxil olmasını idarə edə bilər.
 
Bu texnologiya sayəsində smartfon və noutbuklar kimi istehlak malları ən azı iki dəfə daha çox işləyə biləcəklər, hətta televizor və oyun konsolları kimi rəqəmli cihazlar daha enerji səmərəli olacaqlar.
 
Milyardlarla belə çeviricilər kompüterin prosessoruna və ya noutbukda əməli yaddaş qurğusuna quraşdırıla bilər. Məsələn, smartfonda sözügedən texnologiya telefonun rabitə mikrosxemlərində tətbiq edilə bilər.
 
Yeni texnologiyanın enerji səmərəliliyindən başqa digər özəlliyi də var: cihaz və ya qurğu tərəfindən ayrılan istiliyi azaltmağa imkan verəcək, çünki cihazın mikrosxemi vasitəsilə daha az elektrik cərəyanı keçəcək.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL