"Windows 10” sistemi əsasında sosial şəbəkə yaradılacaq
“Microsoft” korporasiyası bu yaxınlarda “Windows 10” əməliyyat sistemini tam yeniləyərək istifadəçilərə kompüter ekranında seçilmiş kontaktları yerləşdirməyə imkan verən “MyPeople” funksiyasını istifadəyə verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, ABŞ korporasiyası nümayəndələrinin fikrincə, bu, başqa insanlarla həm elektron poçt, həm də digər əlavələr vasitəsilə rabitə əlaqəsi qurmağı asanlaşdıracaq. “MyPeople” funksiyası vacib kontaktları seçərək onların şəkilini əməliyyat sistemi panelində göstərəcək, eləcə də şəkilin üzərinə faylı gətirərək onu poçt bildirişi və ya "Skype” vasitəsilə göndərmək mümkün olacaq.
Məlumata görə, elektron poçt əlavəsi və ya “Skype”a gələn bildirişlərin çeşidlənməsi qaydasında da dəyişikliklər gözlənilir. Bundan sonra seçilmiş kontaktlardan alınan bildirişlər daha yüksək prioritetə malik olacaq və başqalarından yuxarıda göstəriləcək. “MyPeople” dərhal bir neçə əlavə ilə işləməyə imkan verərək kontaktları eyni anda cavablandırmağa imkan verəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL