waplog

“Google” şirkəti “Tango” əlavə reallıq texnologiyasını rəsmən istifadəyə verib


ABŞ-ın “Google” şirkəti istifadəçilər üçün “Tango” əlavə reallıq sistemini rəsmən istifadəyə verib.
 
“Tango” əlavə reallıq texnologiyası dərinlik sensoru ilə təchiz edilmiş  qurğular üçün nəzərdə tutulub. Texnologiya smartfonun köməyilə real dünyanın üçölçülü xəritəsini quraraq onu müxtəlif virtual obyektlərlə birləşdirməyə imkan verir. İndi 35 mobil proqram, o cümlədən oyunlar və interyerin vizuallaşdırılması üçün xidmətlər bu texnologiyanı dəstəkləyir. Bəzi tətbiqlər artıq “Google Play” internet mağazasında əlçatandır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, hazırda sözügedən sistem yalnız “Lenovo Phab2 Pro” smartfonunda işləkdir. Tezliklə “Tango” texnologiyasının başqa qurğularda da əlçatan olacağı gözlənilir.
 
“Tango” uzun müddət eksperimental layihə kimi hazırlanıb. 2016-cı ilin iyununda “Lenovo” şirkəti əlavə reallığı dəstəkləyən ilk smartfon çıxarıb. Bundan sonra ABŞ-ın “Qualcomm” şirkəti “Snapdragon 820” prosessorunu bu texnologiyaya uyğunlaşdırmaq haqda məlumat verib. Prosessor “Tango” texnologiyasının beş sensorundan (akselerometr, jiroskop, adi və balıq gözü kameralar, dərinlik sensoru) məlumatları eyni anda qəbul edə və emal edə bilər.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL