Dünyada ilk dəfə “3D” çap texnologiyasının köməyilə üzdə əməliyyat aparılıb
Xərçəngə qalib gəlmiş 54 yaşlı Karlito Konsesayo dünyada “3D” çap texnologiyasının köməyilə üzündə əməliyyat aparılmış ilk şəxsdir.
Yanağında aşkar edilmiş şişin ləğv edilməsi əməliyyatından sonra pulsuz mobil tətbiqdən istifadə etməklə onun üzünün çatışmayan hissəsi bərpa edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, alimlər belə əlçatan texnologiyanın minimum səhiyyə xidmətlərindən istifadənin mövcud olduğu dünyanın ən ucqar rayonlarında yaşayan bir çox pasiyentlərə kömək edəcəyinə ümid edirlər.
Hələ 2008-ci ildə Karlito Konsesayoya üst çənə karsinoması diaqnozu qoyulmuşdu.
Üzün sağ hissəsindəki toxumaları məhv edən və pasiyentin boğazına zərər yetirən xərçəng sürətlə yayılırdı. Bir neçə əməliyyatdan sonra xərçəngin yayılması dayandı, amma şiş ləğv edildikdə onun yerində böyük dəlik açılıb.
Bundan başqa, sağ göz yuvası və burnunun bir hissəsini itirmiş pasiyent depressiyaya düşmüşdü.
"İlk protezim incə idi və daima düşürdü. Mən özümü çox pis hiss edirdim və dəhşətli görünürdüm" – Konsesayo xatırlayır.
Amma 2016-cı ilin fevralında ona üzünün çatışmayan hissəsinin bərpası üçün smartfondan istifadəyə əsaslanan innovativ prosedur təklif ediblər. Yeni protez onu yenidən həyata qaytarıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL